BİZNES

Zirə Limanı cəlbedici biznes şərtlərini təklif edən, səmərəli, dayanıqlı və uzun müddətli tərəfdaşlıqların inkişafına diqqət yetirən biznes mühiti yaradacaq.Liman dəniz əməliyyatlarının bütün aspektlərini əhatə edəcək rəqabətli anbar qiymət dərəcələri və işləmə xidmətləri təklif edərək malların saxlanması və paylanması üçün liman əməliyyatlarının tranzit imkanlarının genişləndirilməsini həyata keçirməyi planlaşdırır

GƏMİQAYIRMA

Zirə limanında gəmiqayırma zavodunun məqsədi gərgin rəqabət şəraitində donanmaların normal fəaliyyətinin təmin edilməsi və bu məqsədlə mövcud köhnə gəmilərin daha müasir avadanlıqlarla təmin olunmuş və yeni texnoloji imkanlara malik gəmilərlə əvəz edilməsidir.

Yeni gəmiqayırma zavodu istifadəyə veriləndən sonra, burada Xəzər dənizində  tələbat olan istənilən növ gəmilərin (tanker, quru yük, yedək-təchizat, sərnişin, kran, dalğıc və digər) tikintisi və təmiri mümkün olacaqdır.

SƏNAYE KOMPLEKSİ

NEFT YATAĞI AVADANLIQLARININ İSTEHSALI VƏ SERVİSİ

GENİŞ DƏNİZ TƏYİNATLI POLAD KONSTRUKSİYALARIN YIĞIMI

  • Neft-qaz sektoru üçün avadanlıq və qurğuların istehsalında dünya liderləri ilə əməkdaşlıq ADO-G şirkətinə texnologiyasını modernləşdirmək və yerli bazarda beynəlxalq səviyyədə müasir həllər təklif etməyə imkan yaradır.
  • Birbaşa Xəzər dənizinin sahilində neft və qaz dəniz avadanlıqları və metal konstruksiyaların istehsalı üçün sənaye lojistik kompleksi. Bu məqsədlə ərazisi 16 hektar genişləndirilmişdir (Abşeron yarımadasında Zirə qəsəbəsi) hansı ki, üstün coğrafi mövqeyə malikdir.
  • Araşdırmalarımız göstərir ki, bu sənayenin istehlakçıları hal-hazırda yerli istehsalçılardan aşağıdakı şərtlərə əsasən satın almağa hazırdırlar:
  • Qiymət və keyfiyyətin rəqabətli birləşməsi
  • Müasir texnoloji və konstruktiv həllər
  • Keyfiyyətli sənədləşdirmə
  • İstehsal və keyfiyyət təminatı sistemlərinin sertifikatlaşdırılması
  • Bazarın bu tələblərinə riayət etmək məhsulların Xəzər regionu və Asiyadakı istehlakçılara ixracını da asanlaşdıracaqdır.
  • Yerli istehsal da hökumət tərəfindən dəstəklənir, Prezidentin fərmanı idxalata alternativ olaraq yerli məhsullara üstünlük verməyi təyin edir.
  • ADO-G MMC-nin bu layihənin həyata keçirilməsi strategiyası Xəzər regionunda neft və qaz sənayesi üçün həllərin təmin edilməsi məqsədi daşıyır; beynəlxalq standartlara uyğun olaraq dəniz metal konstruksiyalarının, boruların, ehtiyat hissələri modern istehsalının həyata keçirilməsi.
  • Şirkətin strateji üstünlükləri:
  • Birbaşa Xəzər dənizinin sahilində istehsalat bazasının əlverişli coğrafi mövqeyi
  • İnkişaf etmiş neft sahələrinə maksimum yaxınlıq – məhsulların hədəflənmiş istehlakçıları
  • 1998-ci ildən bu sahədə əldə edilmiş geniş təcrübə və nüfuz
  • Peşəkar mühəndis və texniki heyət
  • Beynəlxalq standartlara (API – Amerika Neft İnstitutu) uyğun olaraq müştərilərin ən yüksək tələblərinə cavab verən müasir avadanlıqlar;
  • İri beynəlxalq təchizatçı və profil şirkətləri ilə əməkdaşlıq

DƏNİZ BAZASI

  • Yük Terminalı
  • Sərnişin Terminalı (Ekipaj Transfer Xidmətləri)
  • Saxlama (anbar) sahəsi (Böyük açıq və qapalı anbar)
  • Su təchizatı
  • Maye Tullantıların İdarə olunması
  • Qatı Tullantıların İdarə olunması
  • Nəqliyyat Xidməti
  • Satınalma
  • Vinç (kran) xidmətləri
  • Bunkerləmə
  • Gəmiqayırma
  • Qazma qurğusu istehsalı və təmiri
  • Dəmiryolu (Bakının əsas dəmir yolundan 10 km məsafədə)
  • Avtomagistral (şəhər mərkəzindən 3 alternativ marşrut)

QAZMA QURĞUSU İSTEHSAL/TƏMİR

Qazma qurğusu İstehsalı və Təmiri

  • Video
  • Barjanın şəkilləri
  • Qazma platformalarının təmiri

Liman, özüyüksələn qazma qurğularının birbaşa sahil divarında qəbulu və xidmət göstərmək üçün təchiz olunmuşdur. Təmir və profilaktik təmir işləri üçün platforma sahil elektrik xəttinə qoşula bilər. Bundan əlavə, su, yanacaq, qatı və maye tullantılarının toplanması və emalı, eləcə də digər işlər təmin edilir. Liman ərazisi platformalara sürətli və keyfiyyətli təmir xidmətlərinin göstərilməsi üçün lazım olan ehtiyat hissələri, alətlər, materiallar və digər avadanlıqların saxlanılmasını təmin edir.

Limanın birbaşa ərazisində öz texnoloji istehsalının mövcudluğu sahildə və müştərilərin mütəxəssislərinin nəzarəti altında qazma qurğusunun cari və əsaslı təmirini aparmağa imkan verəcəkdir.

DAŞINMAZ ƏMLAK

Zirə Liman İdarəsi öz mülkiyyətində tərəfdaşları və müştərilərinə ofis binaları, saxlama anbarları və başqa daşınmaz əmlak növlərini təklif edir.